Əsas məzmuna keç

"Enerji təchizatı üçün ödəməli olduğunuz xərclərin nə qədər yüksək olduğunu görürük"

"Enerji təchizatı üçün ödəməli olduğunuz xərclərin nə qədər yüksək olduğunu görürük"

Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Moldovaya əlavə 30 milyon avro maliyyə dəstəyinin ayrılacağını açıqlayıb. Bununla bağlı...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Moldovaya əlavə 30 milyon avro maliyyə dəstəyinin ayrılacağını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, soyuq mövsümdə əhalinin elektrik enerjisi xərclərini ödəməsinə kömək məqsədi daşıyır.

O qeyd edib ki, ayrılacaq əlavə vəsait Avropa İttifaqının Moldova vətəndaşları ilə həmrəyliyinin göstəricisidir.

Marta Kosun sözlərinə görə, hazırda Moldova şantajı riskindən əvvəlki dövrlərlə müqayisədə daha müstəqildir.

Kos xatırladıb ki, 2025-ci ilin fevralında, onun Moldovaya ilk səfəri zamanı ölkə enerji böhranı ilə üzləşmişdi. Həmin vaxtdan etibarən Moldova hakimiyyəti enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində əhəmiyyətli irəliləyiş əldə edib.

O, bu nailiyyətlər sırasında Avropanın enerji şəbəkəsi ilə qarşılıqlı əlaqələrin genişləndirilməsini və yaşıl enerjiyə investisiyaların artırılmasını qeyd edib.

Avrokomissarın sözlərinə görə, Avropanın enerji sisteminin əsas problemlərindən biri resurs çatışmazlığı deyil, enerjinin ölkələr arasında ötürülməsi imkanlarıdır.

"Avropada kifayət qədər enerji var. Problem bu enerjinin bir ölkədən digərinə necə çatdırılmasıdır. Bunun üçün elektrik şəbəkələrinə ehtiyacımız var və Moldova bu sahədə irəliləyiş əldə edib. Digər mühüm məqam qarşılıqlı dəstəkdir. Avropa İttifaqı həmrəylik prinsipi üzərində qurulub", - Kos vurğulayıb.

O əlavə edib ki, 30 milyon avroluq əlavə yardım həm Moldovada, həm də Avropa ölkələrində enerji qiymətlərinin artdığı bir dövrdə ayrılır.

Kosun sözlərinə görə, vəsait birbaşa hökumətə təqdim edilsə də, əsas məqsəd əhalinin enerji ödənişlərini qarşılamaq və ya kommunal xərclərin məbləğini azaltmaqdır.

"Avropa İttifaqı ölkənizin vətəndaşlarına əlavə 30 milyon avro ayıracaq. Bu vəsait hökumətə deyil, insanlara dəstək məqsədi daşıyır. Məqsədimiz Moldova vətəndaşları ilə həmrəyliyimizi nümayiş etdirməkdir. Çünki enerji təchizatı üçün ödəməli olduğunuz xərclərin nə qədər yüksək olduğunu görürük", - o bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…