Əsas məzmuna keç

98 kiloqram narkotik qaçaqmalçılığının qarşısı alındı

98 kiloqram narkotik qaçaqmalçılığının qarşısı alındı

Dövlət Gömrük Komitəsinin əməkdaşları Astara gömrük postunda keçirilən əməliyyat zamanı külli miqdarda qadağan olunmuş maddənin ölkəyə keçirilməsinə mane olub.

en ru

Dövlət Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla ərazisindən keçirilməsinə cəhdin qarşısı alınıb.

“Operativ Məlumat Mərkəzi-OMM” komitəyə istinadən xəbər verir ki, "Cənub-Astara" gömrük postunda İrandan Rusiyaya "təzə " yükü aparan vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət iti vasitəsilə yoxlanılıb.

Yoxlama zamanı xidməti it nəqliyyat vasitəsinin qoşqusunda yerləşdirilmiş paletlərdən birinə reaksiya verib.

Həmin paletə keçirilən baxış zamanı kahı ilə örtülmüş 90 qablaşdırmada, ümumi xalis çəkisi 97 kiloqram 685 qram olan xüsusilə külli miqdarda - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…