Əsas məzmuna keç

47 illik düşmənçilik: ABŞ senatoru İrana qarşı çağırış etdi

47 illik düşmənçilik: ABŞ senatoru İrana qarşı çağırış etdi

Senator Rocer Marşall Tehranın nüvə silahı əldə etməməsi üçün Donald Trampın siyasətini müdafiə edib. Hörmüz boğazı və yanacaq qiymətləri ilə bağlı xəbərdarlıq!

en ru

"ABŞ İranda başladığı işi tamamlamalıdır".

"Operativ Məlumat Mərkəzi-OMM""Bloomberg"ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Respublikaçılar Partiyasından Rocer Marşall deyib.

Bildirilib ki, senator Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün ABŞ-nin “İranda başladığı işi başa çatdırmalı” olduğunu deyib.

Marşall qeyd edib ki, boğazında yaranan gərginlik yanacaq qiymətlərinə təsir göstərsə də, ABŞ prezidenti Trampın İranla bağlı siyasəti davam etdirilməlidir. Onun sözlərinə görə, bu, “azadlığın və gələcək nəsillərin qorunması üçün zəruri addımdır”.

“Bəzən azadlıq pulsuz olmur. İran 47 ildir ABŞ-yə qarşı edir. Biz onların qarşısında dayanmalıyıq və işi başa çatdırmalıyıq. İranın nüvə silahına sahib olmasına icazə verə bilmərik”, – deyə senator bildirib.

O həmçinin iddia edib ki, İranın nüvə silahı əldə etməsi halında qiymətləri arta, Hörmüz boğazında uzunmüddətli blokada yarana və ABŞ təhlükəsizliyi risk altına düşə bilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…