Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında görüş keçirilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, noyabrın 10-da axşam saatlarında başlayan danışıqlar təxminən 4 saat davam edib və gecə yarısına yaxın başa çatıb.
Kremlin məlumatına görə, Putin Ukrayna istiqamətində humanitar mübadilələrin təşkilində Minskə göstərdiyi köməyə görə Lukaşenkoya təşəkkür edib və bu dəstəyi yüksək qiymətləndirdiyini bildirib.
İki ölkə prezidentinin görüşü Rusiyanın dövlət başçısının Novo-Oqaryovodakı rəsmi iqamətgahında baş tutub.
Qeyd edək ki, Aleksandr Lukaşenko noyabrın 10-da KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında iştirak etmək üçün Moskvaya gəlib. Təşkilatın iclası bu gün keçiriləcək.
Sessiya çərçivəsində dövlət başçılarının KTMT-nin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edəcəyi, həmçinin beynəlxalq və regional təhlükəsizliyin aktual problemlərinə toxunacağı gözlənilir.