Əsas məzmuna keç

Lukaşenko Bişkekdə Putinlə görüşməyi planlaşdırır

Lukaşenko Bişkekdə Putinlə görüşməyi planlaşdırır

Prezidenti Aleksandr KTMT-nin sammitində iştirak etməyi və burada rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə Belarus administrasiyasının kanalı məlumat yayıb.

Teleqram kanalının məlumatına görə, Lukaşenko noyabrın 26-da Bişkekə gedəcək.

"Noyabrın 27-də Bişkekdə keçiriləcək sammitdə liderlər KTMT-nin sessiyalararası dövrdə fəaliyyətini yekunlaşdıracaq, beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcəklər. Aleksandr Lukaşenko ilə Rusiya Prezidenti Vladimir Putinin Bişkekdə də ikitərəfli görüşü planlaşdırılır", - məlumatda deyilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…