Əsas məzmuna keç

32 və 120 nömrəli avtobusların yolu dəyişdi

32 və 120 nömrəli avtobusların yolu dəyişdi

AYNA paytaxtda marşrutların hərəkət sxemini yenilədi. Sabahdan Kövkəb Səfərəliyeva əvəzinə Puşkin küçəsindən keçəcək xətlərdəki mühüm dəyişikliyin təfərrüatları.

en ru

Bakıda 32 və 120 nömrəli avtobuslarının hərəkət sxemi dəyişdirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı Rəqəmsal İnkişaf və Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yayıb.

Bildirilib ki, sabahdan etibarən bu xətlər üzrə avtobusların hərəkəti Səfərəliyeva küçəsi ilə deyil, xüsusi hərəkət zolağının mövcud olduğu Puşkin küçəsi ilə təşkil ediləcək.

Qeyd olunub ki, Kövkəb Səfərəliyeva küçəsində müşahidə olunan nəqliyyat sıxlığı 32 və 120 nömrəli marşrutlar üzrə avtobuslararası intervalın artmasına səbəb olur. Yeni sxem avtobusların gecikməsinin qarşısını alacaq və marşrutların nizamlı fəaliyyətini təmin edəcək.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…