Roma Papası Ukrayna lideri Vladimir Zelenskiyə Rusiya və Ukraynanın Vatikanda danışıqlar aparmasını təklif edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Vatikan Katibliyinin bəyanatında deyilir.
“Müqəddəs Ata Vatikanda danışıqlar üçün Rusiya və Ukrayna nümayəndələrini qəbul etməyə hazır olduğunu təsdiqləyib”, - məlumatda deyilir.
Ukrayna prezidenti Vladimir Zelenski iyulun 9-da Romaya gəlib və burada İtaliya prezidenti Sercio Mattarella ilə görüşüb.
Ukrayna lideri Roma Papası XIV Leo ilə də görüşüb.