Əsas məzmuna keç

ABŞ nümayəndələri danışıqlar üçün Moskva və Kiyevə gedir

ABŞ nümayəndələri danışıqlar üçün Moskva və Kiyevə gedir

Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin sona çatması ilə bağlı danışıqlar üçün ABŞ-dan gələcək nümayəndələri qəbul etməyə hazırlaşır.

en ru

Prezidenti ABŞ nümayəndə heyətinin və Ukraynaya səfər edərək münaqişənin yollarını müzakirə edəcəyini bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Zelenski “X” sosial şəbəkəsindəki paylaşımında danışıqlar qrupu ilə görüşdüyünü və amerikalı tərəfdaşlarla 24/7 rejimində əlaqə saxladıqlarını qeyd edib.

Məlumata görə, nümayəndə heyətinin səfərlərinin dəqiq tarixi açıqlanmasa da, tərəflər arasında ilkin razılaşmaların əldə olunduğu bildirilir.

Rusiya Prezidenti də münaqişənin həlli və sülh perspektivləri barədə danışıb. O, problemin həllinin ilk növbədə Rusiya və Ukraynanın öhdəliyində olduğunu bildirib və sülhə nail olmaq şansının mövcudluğunu vurğulayıb.

Bu arada, hərbi əməliyyatlar da davam edir. Məlumata görə, Ukraynaya məxsus PUA Rusiyanın Soçi şəhərində yerləşən neft anbarına hücum edib. Krasnodar vilayətinin rəsmiləri hadisə nəticəsində anbarda yanğın baş verdiyini təsdiqləyiblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…