Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Vuçiç Kiyevə səfər edib: Gündəmdə Ukrayna sammiti var

2 dəq
Paylaş:
Vuçiç Kiyevə səfər edib: Gündəmdə Ukrayna sammiti var

Serbiya Prezidenti Ukraynanın paytaxtı Kiyevə rəsmi səfər edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Serbiya lideri özünün instaqram hesabında məlumat yayıb.

Vuçiç bildirib ki, Parisdən Moldova və Mərkəzi Ukrayna üzərindən Kiyevə uzun yol qət edib. O, yorğun olmasına baxmayaraq, Serbiyanın maraqlarını müdafiə etmək üçün səfərini davam etdirdiyini qeyd edib.

Məlumata görə, Serbiya Prezidenti səfər çərçivəsində "Cənub-Şərqi Avropa – Ukrayna" sammitində iştirak edəcək. Vuçiç bildirib ki, çətin müzakirələrə baxmayaraq, region ölkələrinin Avropa yolunda əməkdaşlığı davam etdirəcəyinə və ikitərəfli münasibətlərin inkişaf edəcəyinə ümid edir.

Rusiya Prezidentinin mətbuat katibi isə Moskvanın Vuçiç vasitəsilə Ukrayna Prezidenti Volodimir Zelenskiyə hər hansı mesaj göndərmədiyini açıqlayıb. O, həmçinin Serbiyanın Rusiya-Ukrayna münaqişəsində vasitəçi rolunu oynayacağına dair ehtimalları rədd edib.

Rusiya Federasiya Şurasının məsələlər komitəsinin sədri Qriqori Karasin isə Serbiya liderinin səfərinə tələsik qiymət verilməməsini tövsiyə edib. Onun sözlərinə görə, Vuçiçin münaqişənin nizamlanması ilə bağlı müəyyən təşəbbüsləri ola bilər.

Qeyd edək ki, Vuçiç Ukraynaya ilk səfərini 2025-ci ilin iyun ayında edib. Həmin vaxt o, Ukraynanın bərpasına maliyyə dəstəyi veriləcəyini açıqlamış və Kiyevin Kosovonun müstəqilliyini tanımamasını Serbiya-Ukrayna münasibətlərində mühüm amil kimi qiymətləndirmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax