ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzzədə hücumlarını davam etdirdiyi bir vaxtda, Qəzzədə atəşkəsin hələ də qüvvədə olduğunu və Həmasın rəhbərlik səviyyəsinin "atəşkəs pozuntularında iştirak etmədiyini" bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
İsrailin davam edən hücumları ilə bağlı bir açıqlama verməyən Tramp HƏMAS-ın rəhbərlik səviyyəsinin atəşkəs pozuntularında iştirak etmədiyini, bunun əvəzinə HƏMAS daxilindəki bəzi üsyankar qrupları məsuliyyətli hesab etdiyini deyib.:
“Lakin hər bir halda bu məsələ uyğun şəkildə həll olunacaq. Sərt, lakin münasib bir şəkildə. Biz istəyirik ki, HƏMAS-la sülh davam etsin”.