ABŞ prezidenti Donald Tramp Qəzza zolağında iki ildən artıq davam edən münaqişənin rəsmi olaraq başa çatdığını elan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Tramp bəyan edib ki, HƏMAS ABŞ-nin sülh planında yer alan tərksilah bəndini yerinə yetirməyə razılaşıb.
ABŞ lideri bu barədə İsrail parlamentinə səfəri zamanı danışıb. O, Knessetin qonaqlar kitabını imzalayaraq, bu günü “böyük” və “yeni başlanğıc” adlandırıb.
Trampın sözlərinə görə, əldə olunan razılaşma Yaxın Şərqdə onilliklərdir davam edən zorakılığa son qoymaq üçün tarixi addımdır.