Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Çində sel fəlakəti: 5 ölü, 558 nəfər itkin

2 dəq
Paylaş:
Çində sel fəlakəti: 5 ölü, 558 nəfər itkin

sərhədində güclü sel və nəticəsində Çinin Tibet Bölgəsində 5 nəfər ölüb, 558 nəfər itkin düşüb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “Xinhua” agentliyinin məlumatına görə, Tibet Muxtar Bölgəsinin rayonunda ciddi dağıntılara səbəb olub. Şıgatsı şəhər rəhbərliyi 5 nəfərin öldüyünü, 558 nəfərin isə hələ də itkin olduğunu açıqlayıb.

Bölgədə axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Çin Su Ehtiyatları Nazirliyi süni gölün daşması və yeni sel təhlükəsi ilə əlaqədar 4-cü dərəcəli fövqəladə vəziyyət elan edib.

Fəlakət təhlükəsi ilə əlaqədar xilasedicilər 499 yerli sakin və tikinti işçisi ilə yanaşı, 555 turisti təhlükəsiz ərazilərə təxliyə edib. Nepal rəsmiləri də sərhəd bölgəsində yaşayan vətəndaşlara ehtiyatlı olmağa çağırıb.

İlkin ehtimallara görə, avqustun 26-da Nepalda baş verən 5,2 bal gücündə zəlzələ yüksəkliklərdə buzlaqların çökməsinə və nəticədə güclü selin yaranmasına səbəb ola bilər.

Sosial şəbəkələrdə yayılan görüntülərdə Çinlə Nepal arasında ticarət əlaqələri baxımından mühüm əhəmiyyət daşıyan Gyirong Sərhəd Keçid Məntəqəsinin palçıq kütləsi altında qaldığı əks olunub.

Hazırda bölgədə axtarış-xilasetmə işləri davam etdirilir. Ölən və itkin düşənlərin sayının artacağı istisna edilmir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə