Əsas məzmuna keç

Nepalda sel fəlakəti: Ölənlərin sayı 469-a çatdı

Nepalda sel fəlakəti: Ölənlərin sayı 469-a çatdı

Təbii fəlakət nəticəsində infrastruktur tamamilə çöküb, ölkə iqtisadiyyatına ciddi ziyan dəyib.

en ru

Nepalda güclü nəticəsində ölənlərin sayı 469 nəfərə yüksəlib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “Trishuli” bölgəsində baş verən nəticəsində yollar qatı ilə örtülüb, çoxsaylı avtomobillər yararsız vəziyyətə düşüb.

Yerli hakimiyyət orqanları hadisəni 2015-ci ildə baş verən dağıdıcı zəlzələdən sonra ölkənin üzləşdiyi ən ağır təbii fəlakət kimi qiymətləndirirlər.

Mütəxəssislərin ilkin rəyinə görə, selin qəfil baş verməsinə buzlaqların çökməsi səbəb ola bilər. Təhlükəli ərazilər təhlükəsizlik qüvvələri tərəfindən barikatlarla bağlanıb.

Bölgədə helikopterlərin dəstəyi ilə genişmiqyaslı xilasetmə əməliyyatları davam etdirilir. “Trishuli”dəki tunellərdən birində köməksiz vəziyyətdə qalan 450 nəfərin böyük hissəsinin təxliyə edildiyi bildirilir.

Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Qurumunun məlumatına görə, fəlakət nəticəsində 80 körpü dağılıb, 40 kilometrlik asfalt yol yararsız hala düşüb. Dağıntılar mart ayında vəzifəyə başlayan Balendra Shah hökuməti üçün də ciddi problemlər yaradıb.

sərhədi yaxınlığında baş verən hadisə Nepalın ikinci ən böyük ticarət tərəfdaşı ilə mal dövriyyəsinin dayanmasına səbəb olub. İdxaldan asılı olan ölkə iqtisadiyyatı üçün tədarük zəncirində yaranan fasilənin ciddi iqtisadi yük yaradacağı gözlənilir.

Çinin “Şinhua” xəbər agentliyi isə Tibet bölgəsində mahsur qalan 555 turistin təxliyə edildiyini açıqlayıb. Hindistan, Avstraliya və ABŞ rəsmiləri də fəlakət bölgəsində vətəndaşlarının itkin düşdüyünü bildirərək, axtarış-xilasetmə tədbirlərini diqqətdə saxlayırlar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…