Əsas məzmuna keç

Vəliəhd şahzadə Hokon Norveçin yeni kralı elan edildi

Vəliəhd şahzadə Hokon Norveçin yeni kralı elan edildi

Norveçdə tarixi dəyişiklik: Şahzadə Hokonun taxta çıxması ilə bağlı detallar və ölkənin monarxiya sistemində baş verən mühüm siyasi yeniliklər açıqlandı.

en ru

Kral V Haraldın vəfatından sonra onun oğlu Hokon Norveçin yeni monarxı olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Norveç mediası məlumat yayıb.

Bildirilir ki, kral sarayında yeni kralın şərəfinə bayraq ucaldılıb.

"Bir neçə dəqiqə əvvəl o, yeni şahzadə İnqrid Aleksandra ilə birlikdə hökumət nümayəndələrinin iştirakı ilə Nazirlər Kabinetinin növbədənkənar iclasını keçirib", - məlumatda qeyd olunub.

Ölkə hökuməti milli matəm elan edib və bu, V Haraldın dəfn mərasimi başa çatana qədər davam edəcək.

V Harald 89 yaşında Oslonun "Rikshospitale" universitet xəstəxanasında vəfat edib.

Medianın məlumatına görə, kralın ölümü ilə əlaqədar Oslo meri Anne Lindbo cümə günü baş tutmalı olan toyunu təxirə salıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…