Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Norveç Kralı Harald xəstəxanaya yerləşdirildi

2 dəq
Paylaş:
Norveç Kralı Harald xəstəxanaya yerləşdirildi

V Harald səhhətində yaranan problemlər səbəbindən xəstəxanaya yerləşdirilib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, 87 yaşlı monarx hemolitik anemiya diaqnozu ilə müalicə olunur. Kralın xəstəxanada olduğu müddətdə səlahiyyətlərini vəliəhd icra edəcək.

Saray rəsmiləri daha əvvəl Kralın yaşı ilə əlaqədar rəsmi proqramlarının daimi şəkildə azaldılacağını açıqlamışdılar. 1991-ci ildən taxtda olan V Harald isə dəfələrlə taxtdan çəkilmək niyyətində olmadığını bildirib.

Qeyd edək ki, Kral bu ilin fevralında İspaniyada, daha sonra isə Malayziyada istirahət zamanı səhhətində yaranan problemlərə görə tibbi müdaxiləyə ehtiyac duyub. Həmin dövrdə ona ürək stimulyatoru da yerləşdirilib. Kral ailəsinin digər üzvü, Kraliça Sonja da may ayında ürək problemləri ilə bağlı tibbi müayinədən keçib.

Kral ailəsi qalmaqallarla da gündəmdədir

son dövrlərdə səhhət problemləri ilə yanaşı, bir sıra qalmaqallarla da diqqət mərkəzinə düşüb.

Vəliəhd şahzadə Haakonun həyat yoldaşı Mette-Marit mart ayında amerikalı maliyyəçi və cinsi cinayətlərdə təqsirləndirilmiş Ceffri Epşteynlə keçmiş əlaqələrindən danışıb. O, 2011-2014-cü illər arasında Epşteynlə yazışdığını və onun Floridadakı evində qaldığını etiraf edib.

Mette-Marit Epşteynin keçmişini araşdırmadığı üçün peşman olduğunu və buna görə məsuliyyəti üzərinə götürdüyünü bildirib.

Bundan əlavə, şahzadənin əvvəlki münasibətindən olan oğlu də ağır cinayət ittihamları ilə gündəmə gəlib. Onun barəsində iki ayrı zorlama ittihamı üzrə məhkəmə prosesi keçirilib və 4 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax