Norveç Kralı VIII Hokon sentyabrın 1-i ölkə Konstitusiyasına uyğun olaraq Stortinq (parlament) qarşısında and içib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
"Söz verirəm və and içirəm ki, Norveç Krallığını onun Konstitusiyasına və qanunlarına uyğun idarə edəcəyəm, Uca və hər şeyi bilən Allah mənə kömək olsun!" - o bildirib.
Norveç Konstitusiyasının 9-cu maddəsinə əsasən, Stortinqdə andiçmə ən mühüm konstitusiya aktlarından biridir. Mərasim kralın hakimiyyət və səlahiyyətlərinin məhdud olduğunu və ölkənin Əsas Qanunu ilə tənzimləndiyini təsdiqləyir.
Hazırda Norveçdə iki kraliça var: Onun Kral Həzrətləri tituluna malik olan Kral VIII Hokonun həyat yoldaşı Mette-Marit və Əlahəzrət kraliça titulunu daşıyan V Haraldın dul xanımı Sonya.
Avropanın ən yaşlı monarxı olan V Harald avqustun 28-də 89 yaşında vəfat edib.