Əsas məzmuna keç

Noyer tarixdə ən çox titul qazanan alman futbolçu olub

Noyer tarixdə ən çox titul qazanan alman futbolçu olub

Münxen təmsilçisinin əfsanəvi qolkiperi Tomas Mülleri geridə qoyaraq yeni rekorda imza atıb. 36-cı kubokunu qazanan ulduzun karyera yolu maraq doğurur.

en ru

“Bavariya”nın qapıçısı Manuel tarixdə ən çox titul almaniyalı futbolçu olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qolkiper bu uğura ötən gün Superkuboku uğrunda qarşılaşmada imza atıb.

“Bavariya”nın 2:1 hesablı qələbəsi ilə başa çatan matçda start heyətində meydana çıxan 40 yaşlı qapıçı 36-cı titulunu qazanıb. Bununla da keçmiş komanda yoldaşı Mülleri geridə qoyaraq Almaniya futbolunun tarixinə düşüb.

Qeyd edək ki, Manuel Noyer 2011-ci ilin iyulundan “Bavariya”nın formasını geyinir. klubu ilə 13 dəfə Almaniya çempionu olan qapıçı 2 dəfə Çempionlar Liqasında, 2 dəfə isə UEFA Superkubokunda qələbə sevinci yaşayıb. O, 2014-cü ildə Almaniya millisinin heyətində dünya çempionluğunu da qazanıb. Noyer 2024-cü ildə yığmadakı karyerasını başa vurduğunu açıqlasa da, 2026-cı il dünya çempionatında iştirak etmək üçün milli komandaya qayıdıb. Lakin turnir Almaniya yığması üçün uğursuz alınıb. Komanda 1/16 final mərhələsində Paraqvaya penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…