Əsas məzmuna keç

"Sabah"ın rəqibləri bu gün Çempionlar Liqasında bəlli olur

"Sabah"ın rəqibləri bu gün Çempionlar Liqasında bəlli olur

Azərbaycan təmsilçisi üçün tarixi an! Monakoda keçiriləcək püşkatma mərasimində klubumuzun Çempionlar Liqasındakı rəqibləri və oyun təqvimi bəlli olacaq.

en ru

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün Liqa mərhələsində çempionu "Sabah"ın rəqibləri bu gün bilinəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, püşkatma mərasimi Monakoda, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Püşkatmadan əvvəl yarışda iştirak edəcək 36 komandanın yer aldığı səbətlərin tərkibi müəyyənləşib. Valdas Dambrauskasın rəhbərlik etdiyi "Sabah" 4-cü səbətdə yer alıb.

1-ci səbət: PSJ (Fransa), "Bavariya" (), "Real", "Barselona", "Atletiko" (hamısı İspaniya), "Liverpul", "Arsenal", "" (hamısı İngiltərə), "İnter" (İtaliya).

2-ci səbət: "Borussiya" (Dortmund, Almaniya), "Roma" (İtaliya), "Sportinq", "Portu" (hər ikisi Portuqaliya), "", "Aston Villa" (hər ikisi İngiltərə), "Brügge" (Belçika), "Betis" (İspaniya), PSV (Niderland).

3-cü səbət: "Feyenoord" (Niderland), "Lill" (Fransa), "Budyo-Qlimt" (Norveç), "Napoli" (İtaliya), "Leyptsiq" (Almaniya), "Vilyarreal" (İspaniya), "Şaxtyor" (Ukrayna), "Qalatasaray", "Fənərbağça" (hər ikisi ).

4-cü səbət: "Slaviya" (Çexiya), "Slovan" (Slovakiya), "Ştutqart" (Almaniya), AEK (Yunanıstan), LASK (Avstriya), "Komo" (İtaliya), "Lans" (Fransa), "Vikinq" (Norveç), "Sabah" (Azərbaycan).

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin oyunları 2026-cı il sentyabrın 8-dən 2027-ci il yanvarın 27-dək keçiriləcək. Turnirin final matçı isə 2027-ci il iyunun 5-də Madriddə təşkil olunacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…