“Deportivo”nun hücumçusu Pyer-Emerik Obameyanq komandanın səhər məşqinə gedərkən yol-nəqliyyat hadisəsi keçirib. “The Touchline” bu barədə sosial şəbəkələrdə məlumat yayıb.
37 yaşlı futbolçu qəza zamanı xəsarət almayıb və hadisəni şərh edib: “Bu, kiçik bir qorxu idi, amma ikimiz də yaxşıyıq və ən vacibi də budur. Belə şeylər həyatda baş verir. Ən önəmlisi, digər şəxs xəsarət almayıb. Çətin anlardan sonra yaxşı şeylər gəlir”.
Hadisə komandanın planlaşdırılmış məşqindən əvvəl, səhər saatlarında baş verib. Qabonlu hücumçu 2025-ci ildə İspaniya klubuna keçib və bu mövsüm “Deportivo”da çıxış edir.