“Marsel”in “Velodrom” stadionunda “Levski” ilə oyundan əvvəl komandaların azarkeşləri arasında dava baş verib. RMC Sport-un məlumatına görə, insident nəticəsində Bolqarıstan klubunun beş fanatı göz və baş nahiyəsindən xəsarətlərlə, eləcə də çiyin çıxığı ilə xəstəxanaya aparılıb. Daha altı nəfərə tibbi yardım hadisə yerində göstərilib.
Komandaların qarşılaşması “Marsel”in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 29-cu dəqiqədə Qiri vurub.
“Marsel” ardıcıl ikinci qələbəsini qazanıb. “Levski” isə son dörd matçda ilk dəfə məğlub olub.
Növbəti oyunda “Marsel” “Selta” ilə, “Levski” isə “Lillestrem”lə qarşılaşacaq.