“Beşiktaş” UEFA Avropa Liqasının ümumi mərhələsinin 5-ci turunda “Hapoel Beer-Şeva”nı 2:1 hesabı ilə məğlub edib. İstanbulda keçirilən qarşılaşmada qolları Olayitan 75-ci, Köktu 90-cı, rəqib komandadan İşt isə 90+4-cü dəqiqədə vurub.
“Beşiktaş”ın qapıçısı Doğan Alemdar oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında azarkeşlərin yaşadıqlarını yolverilməz adlandırıb və insidentdə zərərçəkənlərə tezliklə sağalmalarını arzulayıb. O, komandanın bütün oyun ərzində azarkeşlərin dəstəyini hiss etdiyini, Türkiyə xalqının dəstəyinə görə də minnətdar olduğunu söyləyib.
Alemdar ilk hissədə istədikləri oyunu göstərə bilmədiklərini, fasilədən sonra isə planlarını həyata keçirdiklərini bildirib. Qapıçı komandaya bacardığı qədər kömək etməyə çalışdığını, “Beşiktaş”ın uğurunun hamı üçün ortaq sevinc olduğunu deyib. O, nailiyyətlərini zəhmətlə əlaqələndirib və matçdan əvvəl anasının ona hissiyyatlarından danışdığını qeyd edərək, ona salam göndərib, sevgisini çatdırıb.
Qarşılaşma 35 dəqiqə dayandırılıb. Türkiyəli azarkeşin açdığı Fələstin bayrağını götürmək istəyən mühafizə əməkdaşlarına “Beşiktaş” azarkeşləri etiraz edib. Bundan sonra polis gözyaşardıcı qazdan istifadə edib.