UFC-nin keçmiş çempionu Drikus dü Plessi Həmzat Çimayevlə revanş döyüşü keçirmək üçün təşkilata müraciət etdiyini bildirib. O, Fight Forecast-a açıqlamasında komandasının da bu qarşılaşmanı istədiyini, lakin UFC-nin hazırda döyüşü təşkil etmək niyyətində olmadığını deyib.
Dü Plessi revanşa hazır olduğunu vurğulayıb və ikinci döyüşdə Çimayevin tamamilə fərqli rəqiblə qarşılaşacağını söyləyib. Cənubi afrikalı idmançı Şon Striklendlə mümkün trilogiya barədə isə kəməri hədəflədiyini qeyd edib: Striklend çempion olarsa, onunla döyüşmək istəyir. Dü Plessinin sözlərinə görə, o, Striklend üçün “kriptonit”dir.
Dü Plessi fevralda döyüşə hazır olacağını və UFC-nin ona qarşılaşma vəd etdiyini bildirib. O, yaxın zamanda böyük xəbərlərin olacağını, müqavilənin hələ imzalanmadığını, lakin döyüşə razılıq verdiyini də əlavə edib.