Operativ Məlumat Mərkəzi

"Fələstin atəşkəsin növbəti mərhələsini həyata keçirmək üçün işləməyə hazırdır"

2 dəq
Paylaş:
"Fələstin atəşkəsin növbəti mərhələsini həyata keçirmək üçün işləməyə hazırdır"
bununla bağlı xarici KİV məlumat yayıb. Mahmud Abbas Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər üzrə Baş katibinin müavini Tom Fletcher ilə...

Fələstin Prezidenti Mahmud Abbas Qəzzədə atəşkəsin daimi hala gətirilməsi və ABŞ Prezidenti Donald Trampın atəşkəs planının birinci mərhələsinə əməl olunması çağırışını edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Mahmud Abbas Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər üzrə Baş katibinin müavini Tom Fletcher ilə Ramallahda görüş keçirib.

Görüş zamanı Abbas Trampın atəşkəs planının birinci mərhələsinə əməl olunması çağırışını edib.

Abbas əlavə edib ki, ərəb ölkələrinin və beynəlxalq ictimaiyyətin dəstəyi ilə müvafiq tərəflərlə koordinasiya içində Fələstin dövlət qurumları Qəzzə zolağının idarəsini üzərinə götürməyə hazırdır.

Prezident həmçinin bildirib ki, Fələstin dövləti bütün vasitəçilər və tərəfdaşlarla birlikdə atəşkəsin növbəti mərhələsini həyata keçirmək və onu beynəlxalq sülh qərarları əsasında daimi etmək üçün işləməyə hazırdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər