Əsas məzmuna keç

BMT: Qəzza 2025-ci ildə də humanitar yardım işçiləri üçün ən təhlükəli bölgə olub

BMT: Qəzza 2025-ci ildə də humanitar yardım işçiləri üçün ən təhlükəli bölgə olub

Dünya İnsani Yardım Günü ərəfəsində açıqlanan hesabatda humanitar missiya iştirakçılarına qarşı zorakılıq hallarının rekord həddə çatdığı vurğulanıb.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Təşkilatının (BMT) Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (UNOCHA) işçilərinin təhlükəsizliyi ilə bağlı yeni hesabat yayıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, 19 avqust – Dünya İnsani Yardım Günü münasibətilə yayımlanan hesabatda 2025-ci ildə humanitar missiyaların nümayəndələrinə qarşı zorakılığın rekord həddə bildirilib.

Sənədə əsasən, ötən il ümumilikdə 907 yardım işçisi öldürülüb, yaralanıb və ya girov götürülüb. Onlardan 350-si həyatını itirib, 322 nəfər hücumlar nəticəsində yaralanıb, 235 yardım işçisi isə qaçırılıb.

Hesabatda zolağının humanitar yardım işçiləri üçün dünyanın ən təhlükəli bölgəsi olaraq qaldığı vurğulanıb. Belə ki, 2025-ci ildə Qəzzada 186 humanitar yardım işçisi öldürülüb və ərazi ardıcıl üçüncü ildir bu göstəriciyə görə ilk sırada qərarlaşıb.

Siyahıda ikinci yerdə Sudan dayanır. Ötən il bu ölkədə 71 yardım işçisi həyatını itirib.

2026-cı ilin ilk aylarından etibarən isə dünya üzrə 82 humanitar yardım işçisinin öldürüldüyü, 97 nəfərin yaralandığı, 39 nəfərin isə girov götürüldüyü bildirilir.

BMT-nin hesabatında silahlı pilotsuz uçuş aparatlarının yaratdığı təhlükələrə də xüsusi diqqət çəkilib. Konqo Demokratik Respublikası, və Sudan kimi münaqişə zonalarında PUA-lardan istifadə nəticəsində yardım konvoylarının, bazarların və tibb müəssisələrinin hədəfə alınması ciddi narahatlıq doğurur.

BMT Baş katibinin müavini və Təcili Yardım Koordinatoru Tom Fletcher humanitar işçilərə qarşı hücumları kəskin tənqid edib.

Fletcher bildirib ki, cəmi üç il ərzində 1000-dən çox yardım işçisinin öldürülməsi qəbuledilməzdir. O, dünya ölkələrini beynəlxalq humanitar hüquqa riayət etməyə, mülki şəxslərin və humanitar missiyaların əməkdaşlarının müdafiəsi üçün bütün imkanlardan istifadə etməyə çağırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…