Operativ Məlumat Mərkəzi

Tramp: “İsrail və HƏMAS sülh razılaşmasına çox yaxındır”

2 dəq
Paylaş:
Tramp: “İsrail və HƏMAS sülh razılaşmasına çox yaxındır”

"İsrail və Fələstinin radikal HƏMAS hərəkatı arasında vasitəçilər vasitəsilə aparılan danışıqlar sülh razılaşmasının əldə olunmasına çox yaxınlaşıb".

"Operativ Məlumat Mərkəzi-OMM xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Newsmax" telekanalına müsahibəsində bildirib.

“Düşünürəm ki, biz razılığa gəlməyə çox, çox yaxınıq. Hər bir ərəb və müsəlman ölkəsi bunun tərəfdarıdır. Bütün dünyanın bu razılaşmaya ehtiyacı var və bu, təkcə Qəzzaya deyil, Yaxın Şərqə sülh gətirəcək. Hazırda çoxlu xoşməramlılıq var və bu, inanılmazdır”, – Tramp deyib.

Qeyd edək ki, bazar ertəsi Misirin Şarm əl-Şeyx şəhərində Qəzza zolağında atəşkəs danışıqlarının yeni mərhələsi başlayıb. Müzakirələrin “müsbət atmosferdə” keçdiyi və çərşənbə axşamı davam etdiriləcəyi gözlənilir.

Sentyabrın 29-da Ağ Ev Trampın Qəzza münaqişəsinin həllinə dair 20 maddədən ibarət “hərtərəfli sülh planını” təqdim edib. Sənəd Fələstin ərazisində müvəqqəti xarici idarəetmə qurulmasını və beynəlxalq sabitlik qüvvələrinin yerləşdirilməsini nəzərdə tutur.

İsrail bu planı dəstəklədiyini, HƏMAS isə bütün israilli girovları azad etməyə hazır olduğunu açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər