Əsas məzmuna keç

Həftə sonunadək hava necə olacaq?

Həftə sonunadək hava necə olacaq?

Ekologiya Nazirliyi qarşıdakı günlər üçün proqnozu yenilədi: Temperaturun kəskin dəyişəcəyi bölgələrdə sakinləri nələr gözləyir? Ətraflı məlumat burada.

en ru

Həftəsonunadək Bakıda və yarımadasında əsasən yağmursuz keçəcək.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 20-si gündüzdən 21-i şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu 29-33 dərəcə isti olacaq. Həftə sonlarında avqustun 22-23-də mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək və havanın temperaturunun 30-35 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında avqustun 20-si gündüz şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək hava şəraitinin qeyri-sabit, fasilələrlə yağıntılı keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Avqustun 22-23-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.

Havanın maksimal temperaturu aran rayonlarında 33-38, dağlarda 20-25 dərəcə isti olacaq.

Məlumat üçün bildirmək istəyirik ki, avqust ayının 19-na kimi temperatur 17 gün normadan yüksək (0.4-5.2 dərəcə), 1 gün normadan 0.3 dərəcə aşağı olub. Ayın 9-da 5.2 dərəcə yüksək olub ki, bu zaman havanın maksimal temperatur 38.6 dərəcə isti qeydə alınıb.

Hava proqnozu

22° Bakıda indiGünəşli
  1. Bu gün Günəşli 22° 19°
  2. Sabah Günəşli 23° 19°
  3. Birigün Arabir yağış 21° 19° yağış 75%
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…