Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Çində "Maysak" tayfunu: 159 nəfər həlak olub

2 dəq
Paylaş:
Çində "Maysak" tayfunu: 159 nəfər həlak olub

Çinin cənubunda yerləşən “Guangxi Zhuang” Muxtar Bölgəsində iyulun əvvəlində baş verən “Maysak” ciddi fəsadlara səbəb olub. Güclü yağışların yaratdığı daşqınlar və torpaq sürüşmələri nəticəsində bölgədə genişmiqyaslı və insan tələfatı qeydə alınıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, yerli hakimiyyət orqanlarının son məlumatına görə, bölgənin şəhərlərində ümumilikdə 159 nəfər həyatını itirib, 10 nəfərin taleyi isə hələ də məlum deyil. Təbii fəlakətdən 1 milyon 650 mindən çox insan zərər çəkib.

Fəlakətin miqyasını xüsusilə “Liulan” və “Yunbiao” bəndlərinin dağılması daha da genişləndirib. Yalnız bu iki bəndin çökməsi nəticəsində 107 nəfərin öldüyü, 7 nəfərin isə itkin düşdüyü bildirilir.

Nanning şəhərində 136 ölüm və 10 itkin faktı rəsmən təsdiqlənib. Guigang şəhərində isə 23 nəfərin həyatını itirdiyi açıqlanıb.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması və əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində genişmiqyaslı xilasetmə və tədbirləri həyata keçirilir.

Nanning şəhərində 579 min 700 nəfər seldən zərər çəkib. Onlardan 23 min 300 nəfər təhlükəsiz ərazilərə köçürülüb, 78 min 300 nəfər isə müvəqqəti sığınacaqlarda yerləşdirilib.

Guigang şəhərində isə 1 milyon 73 min sakin təbii fəlakətdən təsirlənib. Hakimiyyət orqanları 205 min nəfəri təxliyə edib, 15 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.

Hazırda bölgədə xilasetmə və bərpa işləri davam etdirilir, itkin düşən şəxslərin axtarışı aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə