Əsas məzmuna keç

Putin və Netanyahu Trampın Yaxın Şərq planını müzakirə etdilər

Putin və Netanyahu Trampın Yaxın Şərq planını müzakirə etdilər

Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub. Tərəflər Yaxın Şərq münaqişəsinin həlli...

prezidenti Vladimir Putin və İsrailin baş naziri Benyamin arasında olub.

"Operativ Məlumat Mərkəzi-OMM xəbər verir ki, tərəflər Yaxın Şərq münaqişəsinin həlli yollarını, o cümlədən ABŞ prezidenti Trampın sülh planını müzakirə ediblər.

Kremlin mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı Yaxın Şərqdəki cari hadisələr və Trampın normallaşma təşəbbüsü ətrafında “hərtərəfli fikir mübadiləsi” aparılıb.

“Vladimir Putin Rusiyanın Fələstin məsələsinin tanınmış beynəlxalq hüquqi əsaslar əsasında ədalətli və hərtərəfli həlli tərəfdarı olan sarsılmaz mövqeyini bir daha təsdiqləyib”, – bəyanatda qeyd olunur.

Liderlər, həmçinin, İranın nüvə proqramı və Suriyada sabitliyin təmin olunması məsələlərini də müzakirə ediblər.

Bundan əlavə, Netanyahu Putinin doğum günü münasibətilə ona səmimi təbriklərini çatdırıb.

Qeyd edək ki, Rusiya prezidenti oktyabrın 7-də 73 yaşını qeyd edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…