Operativ Məlumat Mərkəzi

Netanyahu Putin vasitəsilə İrana mesaj çatdırdı

2 dəq
Paylaş:
Netanyahu Putin vasitəsilə İrana mesaj çatdırdı
İsrailin Baş naziri Binyamin Netanyahu Rusiya prezidenti Vladimir Putindən Tel-Əvivin İrana hücum etmək planlarının olmadığı barədə Tehrana mesaj...

İsrailin Baş naziri Binyamin Netanyahu Rusiya prezidenti Vladimir Putindən Tel-Əvivin İrana hücum etmək planlarının olmadığı barədə Tehrana mesaj çatdırmasını istəyib.

“Operativ Məlumat Mərkəzi-OMM” İsrailin dövlət xəbər agentliyi "Kan"ın mənbələrinə istinadən xəbər verir.

Məlumata görə, İran və İsrail arasında gərginliyin artması fonunda son həftələrdə Rusiya və İsrail liderləri arasında bir neçə telefon danışığı baş tutub. Danışıqlar zamanı Netanyahu müvafiq mesajın İran tərəfinə ötürülməsini xahiş edib. “Kan” mənbələri bildiriblər ki, İsrail tərəfi Tehranın İsrailin mümkün addımlarının qarşısını almaq məqsədilə qabaqlayıcı zərbə endirə biləcəyindən ehtiyatlanır.

Bununla yanaşı, "The Washington Post" qəzetinin məlumatına görə, Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampı İran hədəflərinə qarşı zərbələrin yenidən başlanmasına razı salmağa çalışır. Nəşr qeyd edir ki, İsrail administrasiyası ya İrana qarşı yeni sanksiyaların tətbiqinə, ya da ABŞ-ın münaqişəyə birbaşa müdaxiləsinə nail olmağa cəhd göstərir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər