Əsas məzmuna keç

Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi Türkiyə ilə qarşılaşacaq

Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi Türkiyə ilə qarşılaşacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının 1/8 final mərhələsində Türkiyə millisi ilə üz-üzə gələcək.

en ru

Qadın voleybolçulardan ibarət milli komandası Avropa çempionatının 1/8 mərhələsində yığması ilə qarşılaşacaq.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, görüş sentyabrın 1-də vaxtı ilə saat 19:00-da İstanbulda yerləşən “Sinan Erdem” İdman Salonunda keçiriləcək və qarşılaşmanı Predrag Balandzic ilə Theodora Kyriopoulou idarə edəcəklər.

Azərbaycan millisi C qrupunda Belçika, Niderland, Portuqaliya, Rumıniya və İspaniya ilə mübarizə aparıb. Yığmamız 5 oyundan 3-də qələbə qazanaraq qrup mərhələsini üçüncü pillədə başa vurub.

Türkiyə millisi isə A qrupunda Sloveniya, Latviya, Macarıstan və Almaniyaya qalib gəlib. “Ay-ulduzlular” son matçında Polşaya 2:3 hesabı ilə uduzaraq qrupu ikinci pillədə tamamlayıb.

Qarşılaşmanın qalibi turnirin 1/4 final mərhələsinə vəsiqə qazanacaq.

Mübarizəni “TRT 1” telekanalı canlı yayımlayacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…