Əsas məzmuna keç

Fransa 1900-cü ildən bəri ən isti yay mövsümünü yaşadı

Fransa 1900-cü ildən bəri ən isti yay mövsümünü yaşadı

Fransanın Ekoloji Keçid Nazirliyi bu il qeydə alınan ekstremal temperatur və təbii fəlakətlərin ölkə üçün ciddi sınaq olduğunu bəyan edib.

en ru

Fransada meteoroloji müşahidələrin aparılmağa başlandığı 1900-cü ildən bəri ən isti yay mövsümü qeydə alınıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Fransanın Ekoloji Keçid naziri Monique Barbut Saint-Mande şəhərində keçirdiyi brifinqdə açıqlayıb.

Məlumata görə, bu yay ölkədə temperatur və genişmiqyaslı ciddi fəsadlara səbəb olub. Güclü istilər səbəbindən bəzi məktəblərdə dərslər müvəqqəti dayandırılıb, yanğınlar nəticəsində yaşayış evləri dağılıb və insan tələfatı qeydə alınıb.

Nazir bildirib ki, iqlim dəyişikliyinə uyğunlaşmaq üçün iqtisadiyyatın və gündəlik həyatın bütün sahələrində yeni tədbirlərin görülməsi zəruridir.

Barbut qeyd edib ki, qısa müddətdə bütün məktəblərin infrastrukturunu tam yeniləmək mümkün olmasa da, təhsil müəssisələrində panjurlar və ventilyatorların quraşdırılması nəzərdə tutulur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…