Əsas məzmuna keç

Bir qrup mühacir Cənubi Sudana deportasiya edilib

Bir qrup mühacir Cənubi Sudana deportasiya edilib

bununla bağlı xarici KİV məlumat yayıb. Mühacirlərin vəkilləri miqrantların təqdim etdiyi məhkəmə sənədlərində Myanma və Vyetnam vətəndaşları da daxil...

Texasda ABŞ İmmiqrasiya və Mühafizəsi (ICE) saxlama mərkəzində Myanma və Vyetnamlı mühacirlərin məhkəmənin qərarını pozaraq Sudana deportasiya edildiyi bildirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Mühacirlərin vəkilləri miqrantların təqdim etdiyi sənədlərində Myanma və Vyetnam vətəndaşları da daxil olmaqla, onlarla miqrantı daşıyan təyyarənin Cənubi Sudanda eniş etdiyini bildirib.

Sənədlərdə deyilir ki, Texas ştatındakı həbsxanada saxlanılan miqrantların Cənubi Sudana deportasiyası, hüquqi müraciətləri tükənmiş miqrantların üçüncü ölkələrə deportasiyasını müvəqqəti dayandıran məhkəmə qərarını pozub.

Sözügedən deportasiyaların bir ICE rəsmisi tərəfindən göndərilən e-poçtla təsdiqləndiyini bildirən sənədlər, şəxslərin dərhal ABŞ-a qaytarılması üçün məhkəmə qərarı tələb edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…