Əsas məzmuna keç

170 ABŞ vətəndaşı qanunsuz şəkildə saxlanılıb

170 ABŞ vətəndaşı qanunsuz şəkildə saxlanılıb

ABŞ-də Miqrasiya və Mühafizəsi İdarəsi əməkdaşları 170 vətəndaşını qanunsuz şəkildə saxlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, bu əməliyyatlar zamanı saxlanılan 170 ABŞ vətəndaşından 20-si uşaq olub.

Həmçinin ən azı 3 hamilə qadının saxlandığı və 50-dən çox vətəndaşın qanuni statusları olmasına baxmayaraq şəxsiyyətləri yoxlandıqdan sonra tutulduğu vurğulanıb.

Saxlanılan bəzi vətəndaşların fiziki zorakılığa məruz qaldığı, bəzilərinin isə bir gündən çox müddətdə nə vəkilləri, nə də ailələri ilə əlaqə qura bilmədikləri qeyd edilib.

Bildirilir ki, bəzi vətəndaşlar sadəcə miqrant əməliyyatlarını çəkdiklərinə görə saxlanılıb və bu şəxslərin çoxunun Latın Amerikalı mənşəli olduğu vurğulanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #abş#gömrük#kiv
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…