Operativ Məlumat Mərkəzi

Tramp orduya əmr etdi - Husilərə qarşı hərbi əməliyyatlar başlayır

1 dəq
Paylaş:
Tramp orduya əmr etdi - Husilərə qarşı hərbi əməliyyatlar başlayır

ABŞ Prezidenti orduya Yəməndə husilərə qarşı əməliyyatlara başlamağı əmr edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə o, “Truth Social” hesabında bildirib.

“Bu gün mən Birləşmiş Ordusuna Yəməndə husi terrorçularına qarşı qəti və güclü əməliyyata başlamağı əmr etdim. Onlar və digər gəmilərə, təyyarələrə və dronlara qarşı amansız piratlıq, zorakılıq və terror kampaniyası aparıblar. Dörd ay əvvəl Qırmızı dənizdən keçən sonuncu Amerika döyüş gəmisi husilər tərəfindən çox saylı hücuma məruz qalıb.

İran tərəfindən maliyyələşdirilən quldurlar ABŞ təyyarələrinə raket zərbələri endirib, bizim qoşunlarımızı və müttəfiqlərimizi hədəfə alıblar. Bu amansız hücumlar ABŞ və dünya iqtisadiyyatına milyardlarla dollara başa gəlib, eyni zamanda, günahsız insanların həyatını riskə atıb”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax