Əsas məzmuna keç

Bill Qeyts süni intellektin yaratdığı qlobal təhlükələrə qarşı xəbərdarlıq etdi

Bill Qeyts süni intellektin yaratdığı qlobal təhlükələrə qarşı xəbərdarlıq etdi

Microsoft-un qurucusu süni intellektin siber təhlükəsizlik, məşğulluq və bioloji risklər yaratdığını vurğulayaraq, beynəlxalq nəzarət mexanizminin yaradılmasını təklif edib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

sahəsinin tanınmış siması texnologiyalarının sürətli inkişafının yaratdığı risklərə diqqət çəkib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Qeyts “Reuters” agentliyinə müsahibəsində ABŞ-nin bu sahədə liderlik etməsi şərti ilə Çinin təhlükəli süni intellekt modellərinin yayılmasının məhdudlaşdırılması ilə bağlı razılaşa biləcəyini bildirib.

Sahibkar yaxın gələcəkdə Çin lideri Si Cinpinlə görüşməyi planlaşdırdığını və belə bir görüşün qlobal səviyyədə dəstəklənə biləcəyini qeyd edib. Qeytsin komandası noyabr ayında gözlənilən Çin səfəri çərçivəsində yüksək səviyyəli görüşün təşkili üçün danışıqlar aparır.

Qeyts süni intellekt sahəsində indiyədək belə sürətli inkişaf tempinin müşahidə olunmadığını vurğulayıb. Onun sözlərinə görə, mövcud proses cəmiyyət tərəfindən idarə olunmalı kritik siyasət həddinə çatıb.

O, ölkələrin süni intellektin molekul istehsalı və bioloji hücumlar həyata keçirmək potensialına ciddi nəzarət etməsinin vacibliyini bildirib.

Süni intellektin təhdidləri yaratmaq, iş yerlərini azaltmaq və insanların psixologiyasına təsir göstərmək potensialı ekspertlər arasında narahatlıq doğurur.

Qeyts bu risklərin qarşısının alınması üçün nüvə enerjisinə nəzarət rejimləri, beynəlxalq aviasiya qaydaları və ozon təbəqəsinin qorunması ilə bağlı sazişlərə bənzər yeni beynəlxalq qurumun yaradılmasını təklif edib.

Onun fikrincə, əsas məqsəd süni intellektin yaratdığı imkanlardan istifadə etməklə yanaşı, qlobal bərabərsizliyin daha da dərinləşməsinin qarşısını almaqdır.

Qeyts şirkətlərin insan əməyini əvəz edən süni intellekt məhsullarından əldə etdiyi gəlirlərin vergiyə cəlb olunmasını və bu vəsaitin sosial müdafiəyə yönəldilməsini təklif edir.

O, həmçinin mövcud iş yerlərinin əhəmiyyətli hissəsinin insanlar üçün qorunmasının vacibliyini vurğulayıb.

Qeytsin rəhbərlik etdiyi fond vasitəsilə 2045-ci ilə qədər süni intellekt layihələrinə 200 milyard dollar sərmayə yatırmağın hədəfləndiyi də bildirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…