Əsas məzmuna keç

Kanada və Ukrayna 100 illik tərəfdaşlıq bəyannaməsi imzaladı

Kanada və Ukrayna 100 illik tərəfdaşlıq bəyannaməsi imzaladı

Kalgari görüşündə Volodimir Zelenski və Mark Karni hərbi, həmçinin texnoloji əməkdaşlığı genişləndirən razılaşmanı təsdiqlədi. UNIFIER missiyası nələri dəyişəcək?

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

və Kanada iki ölkə arasında münasibətləri hərtərəfli strateji səviyyəsinə yüksəldən və uzunmüddətli dəstəyi gücləndirən 100 illik tərəfdaşlıq haqqında deklarasiya imzalayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Mark Karni və Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 10-da Kalgari şəhərində keçirilən görüş zamanı fəaliyyətlərinin tam koordinasiyasını və ikitərəfli əməkdaşlığın əhəmiyyətli dərəcədə genişləndirilməsi niyyətlərini təsdiqləyiblər.

Əldə olunan razılaşmalara əsasən, Kanada Ukraynanın ən təcili hərbi ehtiyaclarının qarşılanmasını davam etdirəcək.

Bu çərçivədə Kanadanın UNIFIER təlim missiyasının fəaliyyət müddəti rəsmi olaraq 2029-cu ilə qədər uzadılıb.

Ottava əsas diqqəti hava hücumundan müdafiə sistemləri və raketlərin ələ keçirilməsi üçün nəzərdə tutulan vasitələrin tədarükünə yönəldəcək. Bundan əlavə, Kiyev hərbi texnika, sursat və silahlı qüvvələrinə dəstək almaqda davam edəcək.

Ölkələr kəşfiyyat, kibermüdafiə, pilotsuz uçuş aparatlarına qarşı mübarizə və radioelektron müharibə sahələrində əməkdaşlığı dərinləşdirəcəklər. Tərəflər həmçinin hibrid təhdidlərə və informasiya manipulyasiyasına qarşı mübarizəni gücləndirəcəklər.

Kanada, eyni zamanda, gələcək Rusiya təcavüzünün qarşısının alınması məqsədilə hüquqi və siyasi baxımdan məcburi təhlükəsizlik təminatı mexanizminin yaradılması üçün tərəfdaşları ilə birgə çalışacaq.

Bildirilib ki, 2025-ci il avqustun 24-də imzalanmış niyyət məktubuna əsasən, tərəflər müdafiə sənayesi sahəsində uzunmüddətli tərəfdaşlıq formalaşdıracaqlar. Bu əməkdaşlıq pilotsuz uçuş aparatlarının, radioelektron mübarizə sistemlərinin və sursatların birgə istehsalını, texnologiya transferini və elmi tədqiqatların aparılmasını nəzərdə tutur.

Ukrayna və Kanada yenilənmiş azad ticarət sazişi çərçivəsində ticarət və investisiyaları da genişləndirəcək. Bundan başqa, enerji təhlükəsizliyi, kritik faydalı qazıntıların hasilatı, sənaye və meşə təsərrüfatı sahələrində əməkdaşlığın dərinləşdirilməsi planlaşdırılır.

Tərəflər , , kosmos, biotexnologiya və rəqəmsal idarəetmə sahələrində tədqiqatçılar arasında əməkdaşlığa da xüsusi diqqət yetirəcəklər.

Qeyd edək ki, Volodimir Zelenski sentyabrın 9-da Kanadaya üçgünlük səfərə yola düşüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…