ABŞ Prezidenti Donald Tramp “NewsNation”a verdiyi müsahibədə ölkəsinin dünyanın qalan hissəsinə məlum olmayan silah növlərinə malik olduğunu bildirib.
“Operativ Məlumat Mərkəzi–OMM” xəbər verir ki, Ağ Ev rəhbəri bu açıqlamanı jurnalistin Venesuelada mümkün hərbi əməliyyatlar zamanı səs silahlarından istifadə oluna biləcəyi ilə bağlı sualını cavablandırarkən səsləndirib.
Trampın sözlərinə görə, ABŞ-də gizli və “heyrətamiz” hərbi texnoloji inkişaflar mövcuddur və onların ictimaiyyətə açıqlanmaması daha məqsədəuyğundur.
Bununla belə, prezident sözügedən silahların mahiyyəti və xüsusiyyətləri barədə hər hansı detal verməyib.