Operativ Məlumat Mərkəzi

Ərdoğan və Tramp arasında telefon danışığı: regional və qlobal məsələlər müzakirə edilib

2 dəq
Paylaş:
Ərdoğan və Tramp arasında telefon danışığı: regional və qlobal məsələlər müzakirə edilib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına...

Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında baş tutub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Türkiyə Prezidentinin Administrasiyası yayıb.

Açıqlamada bildirilir ki, telefon danışığı zamanı Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələr, eləcə də və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ərdoğan söhbət zamanı Suriyadakı vəziyyətin diqqətlə izlənildiyini, bu ölkənin birliyi, həmrəyliyi və suverenliyinin Türkiyə üçün prioritet olduğunu vurğulayıb. Danışıqda, həmçinin İŞİD-lə mübarizə, eləcə də Suriya ərazisindəki həbsxanalarda saxlanılan İŞİD üzvlərinin vəziyyəti müzakirə olunub.

Türkiyə lideri qeyd edib ki, inkişaf etmiş, terror təhlükəsindən azad və dinc Suriya bütün komponentləri ilə regionda sabitliyə mühüm töhfə verə bilər.

Telefon danışığında Qəzzada sülhün təmin olunması üçün göstərilən səylər də diqqət mərkəzində olub. Ərdoğan Türkiyənin bu istiqamətdə ABŞ ilə koordinasiyalı şəkildə fəaliyyətini davam etdirdiyini bildirib.

Bundan əlavə, Rəcəb Tayyib Ərdoğan Qəzza Sülh Şurasına dəvətə görə ABŞ Prezidenti Donald Trampa təşəkkürünü ifadə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax