Əsas məzmuna keç

ABŞ-də təyyarə qəzası: 4 nəfər həlak olub

ABŞ-də təyyarə qəzası: 4 nəfər həlak olub

Alyaskada baş verən aviasiya qəzası nəticəsində 4 nəfər dünyasını dəyişib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

en ru

ABŞ-nin Alyaska ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həyatını itirib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “Piper PA-24” tipli təyyarə Ankoricdən Seldoviyaya uçarkən məlum olmayan səbəbdən qəzaya uğrayıb. Təyyarə Seldoviya yaxınlığında dayaz sulara düşərək su altında qalıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra və hüquq-mühafizə əməkdaşları əraziyə cəlb olunub. Təyyarənin qalıqları Seldoviya körfəzində təxminən 4,6 metr dərinlikdə aşkar edilib.

İlkin olaraq su səviyyəsinin yüksək olması səbəbindən qəza yerinə çatmaqda yaranıb. Suyun səviyyəsi aşağı düşdükdən sonra xilasedicilər təyyarəyə yaxınlaşaraq göyərtədə olan 4 nəfərin meyitini aşkar ediblər.

Hadisənin dəqiq səbəbi hələlik məlum deyil. Milli Təhlükəsizliyi Şurası (NTSB) qəza ilə bağlı araşdırmaya başlayıb.

Rəsmi qurumlar təyyarədə olan şəxslərin kimliyini yaxınlarına məlumat verilənədək açıqlamayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…