Əsas məzmuna keç

Sabah 36 dərəcə isti olacaq

Sabah 36 dərəcə isti olacaq

Sinoptiklər paytaxtda və bölgələrdə hava şəraitinin kəskin dəyişəcəyini proqnozlaşdırır. İyulun isti günlərində günvurma riskindən necə qorunmalı?

en ru

Azərbaycanda avqustun 21-də havanın 36 dərəcə isti olacağı gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və yarımadasında dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-55% olacaq.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.

Hava proqnozu

21° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 23° 21°
  2. Sabah Tutqun 25° 21°
  3. Birigün Tutqun 26° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…