Əsas məzmuna keç

Ben Qurionda uçuş böhranı: Gecikmələr 90 dəqiqəyə çatdı

Ben Qurionda uçuş böhranı: Gecikmələr 90 dəqiqəyə çatdı

Uçuşlarda yaranan kütləvi gecikmələr və işçilərin tətili nəticəsində "Ben Gurion" hava limanı qlobal reytinqdə ilk onluğa daxil olub.

en ru

“Flightradar24” platformasının məlumatlarına görə, İsrailin əsas hava qapısı olan “Ben Qurion” uçuşlarda ən çox gecikmə və nasazlıq qeydə alınan hava limanları siyahısında 10-cu yerdə qərarlaşıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, ilin ən gərgin dövründə personal çatışmazlığı və işçilərin tətili səbəbindən problemlər uçuşların orta hesabla 90 dəqiqə gecikməsinə səbəb olub.

Hava limanında son iki həftə ərzində baqajların çatdırılması və uçuş qrafiklərində ciddi problemlər müşahidə olunub.

İşçilərin tətili səbəbindən bütün qeydiyyat məntəqələri bağlanıb və uçuşlar müvəqqəti olaraq tamamilə dayandırılıb. Avqustun 20-də saat 14:00-dan etibarən hava limanı enişlər üçün bağlansa da, qısa müddət sonra uçuşlar mərhələli şəkildə bərpa edilib.

İsrailin Benyamin Netanyahu tətil edən işçilərə sərt xəbərdarlıq edərək, hava limanının normal rejimdə fəaliyyətini davam etdirəcəyini və işə mane olan şəxslərin cəzalandırılacağını bildirib.

İsrail Maliyyə Nazirliyinin hesablamalarına görə, baş verən etiraz aksiyalarının ölkə iqtisadiyyatına vurduğu zərər 10 milyon dollar təşkil edib.

İşçilərin artıq iş yerlərinə qayıtdığı bildirilsə də, hava limanında vəziyyətin tam normallaşmasının həftə sonuna qədər davam edəcəyi gözlənilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…