Operativ Məlumat Mərkəzi

Qəzzada ölənlərin sayı 37 min 551-ə yüksəlib

1 dəq
Paylaş:
Qəzzada ölənlərin sayı 37 min 551-ə yüksəlib

İsrail ordusunun son 48 saatda Qəzzanın müxtəlif bölgələrində 6 "qırğın" həyata keçirdiyi və bu hücumlarda daha 120 fələstinlinin həyatını itirdiyi, 258 nəfərin yaralandığı açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qəzzada Fələstin Səhiyyə Nazirliyindən açıqlamada bildirilib.

İsrailin 7 oktyabr 2023-cü ildən zolağına hücumlarda ölənlərin sayının 37 min 551-ə, yaralı sayının isə 85 min 911-ə yüksəldiyi açıqlanıb.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi də bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax