Əsas məzmuna keç

İsrail ordusu Qəzzada genişmiqyaslı dağıntıları davam etdirir

İsrail ordusu Qəzzada genişmiqyaslı dağıntıları davam etdirir

Atəşkəs razılaşmasına baxmayaraq, İsrail qüvvələrinin Qəzza zolağının müxtəlif bölgələrində yaşayış binalarını məhv etdiyi bildirilir.

en ru

2025-ci il oktyabrın 10-da elan edilmiş razılaşmasına baxmayaraq, İsrail ordusunun hərbi fəaliyyətlərini və dağıntıları davam etdirdiyi bildirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, son məlumatlara əsasən, Rəfah, Xan Yunus və şəhəri daxil olmaqla bir neçə bölgədə genişmiqyaslı dağıntı əməliyyatları həyata keçirilib.

Məlumata görə, Qəzzanın cənubunda Rəfah şəhərinin şimal-qərb hissəsində baş verən zamanı ağır artilleriya atəşindən istifadə olunub və güclü partlayışlar qeydə alınıb. Eyni zamanda, Xan Yunus şəhərinin şimal-qərb hissəsində hələ də yaşayış üçün yararlı hesab edilən son binaların da dağıdıldığı bildirilib.

Bildirilib ki, Qəzza şəhərinin “Tuffah” məhəlləsi və “Senafor” qovşağı ətrafında da oxşar hücumlar nəticəsində şiddətli partlayışlar müşahidə olunub.

Yerli müşahidəçilər və analitiklərin fikrincə, həyata keçirilən bu əməliyyatlar yalnız hərbi zərurətlə izah olunmur. Ekspertlər hesab edirlər ki, bu addımlar bölgənin demoqrafik strukturuna təsir göstərmək, şəhər mühitini dəyişdirmək və əhalinin öz yaşayış yerlərinə qayıdış imkanlarını məhdudlaşdırmaq məqsədi daşıya bilər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…