Operativ Məlumat Mərkəzi

Polkovnik Randrianirina Madaqaskarın prezidenti oldu

2 dəq
Paylaş:
Polkovnik Randrianirina Madaqaskarın prezidenti oldu

Silahlı Qüvvələrinin polkovniki Randrianirina Ali Konstitusiya Məhkəməsi (SCC) tərəfindən ölkənin müvəqqəti prezidenti kimi and içib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, inauqurasiya mərasimi Malaqas milli televiziya kanalı TVM ilə canlı yayımlanıb.

Mərasimdə ölkənin siyasi partiyalarının liderləri ilə yanaşı, ABŞ, Almaniya, Fransa və Avropa İttifaqı səfirləri də iştirak edib.

Xatırladaq ki, sentyabrın 25-də Madaqaskarda Andri Rajoelina əleyhinə etirazlar başlayıb. O, istefa verməkdən imtina edib, lakin fiziki zorakılıqla hədələndiyini və təhlükəsizliyini təmin etmək üçün tərk etdiyini açıqlayıb.

Dövlət başçısının olmaması səbəbindən oktyabrın 14-də Madaqaskarın Ali Konstitusiya Məhkəməsi Milli Assambleyanın qərarını təsdiqləyərək Rajoelinanın hakimiyyətdən kənarlaşdırılmasını rəsmiləşdirib. Məhkəmə ölkəyə rəhbərlik etmək üçün prezident sarayını zəbt etmiş hərbi qüvvələrin lideri, Maykl Randrianirinanın namizədliyini irəli sürüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax