"Rusiyanın Avropa ilə müharibəyə girmək niyyəti yoxdur".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib .
"Prezident Vladimir Putinin dəfələrlə vurğuladığı kimi, bizim Avropa ilə müharibə etmək niyyətimiz yoxdur. Bununla belə, Ukraynaya Avropa hərbi kontingentinin yerləşdirilməsi və Rusiyanın aktivlərinin ələ keçirilməsi də daxil olmaqla istənilən düşmən hərəkətlərə cavab verəcəyik", - nazir qeyd edib.
Lavrov həmçinin əlavə edib ki, Avropa İttifaqı (Aİ) və Böyük Britaniya hakimiyyəti Rusiyanı hansısa yolla məğlub edəcəkləri illüziyası ilə özlərini aldadırlar.