Əsas məzmuna keç

Polkovnik Randrianirina Madaqaskarın prezidenti oldu

Polkovnik Randrianirina Madaqaskarın prezidenti oldu

inauqurasiya mərasimi Malaqas milli televiziya kanalı TVM ilə canlı yayımlanıb. Mərasimdə ölkənin siyasi partiyalarının liderləri ilə yanaşı, ABŞ,...

Silahlı Qüvvələrinin polkovniki Randrianirina Ali Konstitusiya Məhkəməsi (SCC) tərəfindən ölkənin müvəqqəti prezidenti kimi and içib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, inauqurasiya mərasimi Malaqas milli televiziya kanalı TVM ilə canlı yayımlanıb.

Mərasimdə ölkənin siyasi partiyalarının liderləri ilə yanaşı, , Almaniya, Fransa və Avropa İttifaqı səfirləri də iştirak edib.

Xatırladaq ki, sentyabrın 25-də Madaqaskarda Andri Rajoelina əleyhinə etirazlar başlayıb. O, istefa verməkdən imtina edib, lakin fiziki zorakılıqla hədələndiyini və təhlükəsizliyini təmin etmək üçün ölkəni tərk etdiyini açıqlayıb.

Dövlət başçısının olmaması səbəbindən oktyabrın 14-də Madaqaskarın Ali Konstitusiya Məhkəməsi Milli Assambleyanın qərarını təsdiqləyərək Rajoelinanın hakimiyyətdən kənarlaşdırılmasını rəsmiləşdirib. Məhkəmə ölkəyə rəhbərlik etmək üçün prezident sarayını zəbt etmiş hərbi qüvvələrin lideri, polkovnik Maykl Randrianirinanın namizədliyini irəli sürüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…