Operativ Məlumat Mərkəzi

Meral Akşənər "Altılı masa"ya geri döndü - YENİLƏNİB

2 dəq
Paylaş:
Meral Akşənər "Altılı masa"ya geri döndü - YENİLƏNİB

Türkiyənin İYİ Partiya sədri “Altılı masaya” dönüb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Haber Global"a istinadən xəbər verir ki, "İYİ Partiya" sözçüsü Kürşad Zorlu mətbuata açıqlamasında M. Akşenerin CHP sədri Kəmal Kılıçdaroğlu ilə görüşdüyünü bildirib.

“Sədrimiz birazdan baş tutacaq “Millət İttifaqı”nın toplantısına qatılmaq qərarını verib”, - deyə o vurğulayıb.

15:20***

"İYİ Partiya" sədri Meral Akşener “Altılı masa”ya geri dönməsi üçün yeni şərt irəli sürüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu təklifi CHP-dən olan İstanbul Böyükşəhər Bələdiyyəsi sədri Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyəsi sədri Mansur Yavaşın “İYİ Partiya”nın ofisini ziyarəti çərçivəsində edib.

Akşener, iki CHP-li bələdiyyə sədrinin adlarının köməkçisi qismində hallanmasını istəyir.

"İYİ Partiya" sözçüsü Kürşad Zorlunun sözlərinə görə, bu halda Meral Akşener müxalif koalisiyaya geri dönə bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr