Operativ Məlumat Mərkəzi

Rusiya XİN: "Qarabağdakı son gərginliyə görə narahatıq"

1 dəq
Paylaş:
Rusiya XİN: "Qarabağdakı son gərginliyə görə narahatıq"
bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Qarabağda baş verən son gərginliyi şərh edərkən bildirib. "Martın 5-də ihəm erməni, həm də...

Qarabağda sülhməramlı kontingentin müvəqqəti yerləşdiyi ərazidə baş verən son gərginlikdən dərin narahatlığımızı ifadə edirik.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Qarabağda baş verən son gərginliyi şərh edərkən bildirib.

"Martın 5-də ihəm erməni, həm də Azərbaycan tərəfindən insan itkisi ilə nəticələnən silahlı insident baş verib. Tərəfləri təkidlə təmkinli olmağa və situasiyanın de-eskalasiyası üçün addımlar atmağa çağırırıq”, - şərhdə bildirilib.

Rusiya XİN tərəfləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr və 2022-ci il 31 oktyabr üçtərəfli razılaşmalarına əməl etməyə çağırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər