Əsas məzmuna keç

Rusiya Rumıniyanın diplomatını “arzuolunmaz şəxs” elan etdi

Rusiya Rumıniyanın diplomatını “arzuolunmaz şəxs” elan etdi

Moskva rəsmi Buxarestin addımına cavab olaraq diplomatik qarşılıqlı tədbirlər görüb.

en ru

Xarici İşlər Nazirliyi Rumıniyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Liliana Burdanı nazirliyə çağırıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, buna səbəb Rumıniyanın daha əvvəl rusiyalı diplomatı “ şəxs” (persona non qrata) elan etməsi olub.

Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında Rumıniyanın qərarı əsassız adlandırılıb.

Bildirilib ki, cavab addımı olaraq səfirliyinin əməkdaşlarından birinin “arzuolunmaz şəxs” elan edilməsi barədə diplomatik nota təqdim edib.

Xatırladaq ki, rəsmi son günlər ölkə ərazisinə üç pilotsuz uçuş aparatının (İHA) düşməsini əsas gətirərək rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib.

Rumıniya hökuməti bu addımla yanaşı, Ukraynaya dəstəyini davam etdirəcəyini də bəyan edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…