Əsas məzmuna keç

Moskva vilayətinə kütləvi dron hücumu: "Wildberries" anbarı zərər gördü

Moskva vilayətinə kütləvi dron hücumu: "Wildberries" anbarı zərər gördü

Rusiya rəsmiləri gecə saatlarında paytaxt regionuna yüzlərlə pilotsuz uçuş aparatının hücum etdiyini, Moldova isə hava məkanının pozulduğunu bildirib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Rusiya hakimiyyəti Moskva vilayətinə gecə saatlarında kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumu edildiyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Moskva meri Sergey Sobyaninin sözlərinə görə, region istiqamətində 620-yə yaxın dron uçub. Onlardan 180-nin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyi bildirilib.

Hücum nəticəsində Moskva vilayətinin bir sıra ərazilərində dağıntılar qeydə alınıb. Vilayətin qubernatoru Andrey Vorobyovun məlumatına görə, zərbələr nəticəsində “” şirkətinə məxsus anbar, yaşayış binaları, fərdi evlər, mağazalar və elektrik stansiyası zərər görüb.

Hadisə zamanı azı üç nəfərin yaralandığı bildirilir. Yaralananlar arasında 10 yaşlı qız uşağının da olduğu qeyd olunur.

“Wildberries” şirkəti isə dron qalıqlarından birinin anbarın divarına düşdüyünü və tikilidə yüngül zədələnmənin yarandığını təsdiqləyib.

Xarici İşlər Nazirliyi də ölkənin hava məkanının naməlum uçan obyekt tərəfindən pozulmasına etiraz edib.

Rəsmi məlumata görə, obyekt sərhədinə yaxın Talmaza kəndi ərazisinə daxil olub və qısa müddət sonra partlayıb. Hadisə nəticəsində ot örtüyünün yandığı, lakin xəsarət alan şəxsin olmadığı bildirilib.

Moldova tərəfi insidenti ölkənin suverenliyinin ciddi şəkildə pozulması və vətəndaşların təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirib.

Rusiya isə Ukraynanın limanlarına zərbələr endirdiyini iddia edib.

“RIA Novosti”nin nazirliyə istinadən yaydığı məlumata görə, Odessa və Nikolayev limanlarında hərbi təyinatlı yüklərin daşınmasında istifadə edildiyi iddia olunan iki yük gəmisi hədəfə alınıb.

Bununla belə, Rusiya tərəfinin bu iddiaları hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…